TURİZM

02 Noyabr

"Ryanair" son 30 ildə yay mövsümünü ilk dəfə zərərlə başa vurub

Avropanın ən böyük loukosteri olan "Ryanair" aviaşirkəti özü üçün ilin ən vacib dövrü sayılan yay mövsümünü son 30 ildən çox bir müddət ərzində ilk dəfə zərərlə başa vurub.

Fins.az xəbər verir ki, cari ilin aprel-sentyabr aylarını əhatə edən maliyyə ilinin ilk yarısına 197 mln. avro zərərlə yekun vuran aviaşirkət, ötən ilin eyni dövrünü 1,15 mlrd. mənfəətlə başa vurmuşdu.

Şirkətin sərnişin daşımaları aprel-sentyabr aylarında 80% azalıb. Ötən maliyyə ilində şirkətin sərnişin trafiki 149 mln. nəfər təşkil etsə də, cari il bu göstəricinin 38 mln. enəcəyi ehtimal edilir.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən "Ryanair" bu il üçün sərnişin daşımaları üzrə hədəfini azaldıb. Şirkət virusun ikinci dalğasının gələcəkdə sözügedən hədəfin bir qədər də azaldacağını istisna etmir.