Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Dövlət Turizm Agentliyi oktyabrın 18-də keçirilmiş monitorinqlərə dair birgə məlumat yayıb.
Fins.az -a daxil olan məlumatda deyilir:
“Oktyabrın 18-də ölkə üzrə ictimai iaşə obyektlərində 829 və mehmanxanalarda 68 monitorinq keçirilib. Keçirilmiş monitorinqlər zamanı ictimai iaşə obyektlərində 21 nöqsan, mehmanxanalarda isə 5 nöqsan aşkar olunub. İctimai iaşə obyektlərində aşkar olunmuş nöqsanların 67 faizi işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməsi, 19 faizi tibbi maskanın təmin edilməsi ilə bağlı tələbə riayət olunmamasının payına düşür. Mehmanxanalarda aşkar olunmuş nöqsanların 60 faizi mehmanxana daxilində xüsusi karantin otağının ayrılması ilə bağlı tələbə riayət olunmamasına görə qeydə alınıb”.