ABŞ-ın “Warner Bros” kino studiyası “Yarasa adam” (The Batman) bədii filminin premyerasını təxirə salıb.
Fins.az xəbər verir ki, rejissoru Mett Rivza və baş rolda Robert Pattinsonun çəkildiyi filmin ilk nümayişi 2022-ci ilin martın 4-nə təyin olunub.
Məlumatda, həmçinin qeyd olunub ki, şirkətin istehsal etdiyi “Fləş” (The Flash) və “Şazam 2” (Shazam 2) ekran əsərlərinin də nümayiş vaxtı dəyişilərək 2022-ci ilin noyabrın 4-nə və 2023-cü ilin iyunun 2-nə keçirilib.
Bildirilib ki, Rejissor Lana Vaçovskinin ekranlaşdırdığı Matriks 4 (Matrix 4) filmin nümayişi nəzərdə tutulan vaxtdan bir qədər tez - 2021-ci ilin dekabrın 22-də olacaq. “Qarada Adam” (Black Adam) və “Maynkraft” (Minecraft) filmləri isə ümumiyyətlə şirkətin premyera təqvimindən silinib.