Koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da insanları təhlükəsizlik üçün bacardıqca məsafə saxlamağa, onlayn rejimdə fəaliyyət göstərməyə vadar etdi. Bu baxımdan onlayn sifarişlər də istisna olmadı. Son nəticədə ölkədə logistika xidmətinə tələbat artdı. Pandemiya dövründə daşınma ilə məşğul olan şirkətlər nəinki fəaliyyətlərini məhdudlaşdırdılar, əksinə müştərilərinin sayını artırdılar və bu gün də heç bir məhdudiyyət olmadan işləyirlər.