Bundan sonra kredit borcu olanlar da ünvanlı sosial yardım ala biləcəklər.
Fins.az xəbər verir ki, bu barədə ƏƏSMN-nin şöbə müdiri Babək Hüseynov məlumat verib.
''Kreditlərin ünvanlı sosial yardım təyin edilməsində heç bir əhəmiyyəti qalmayacaq. Bundan başqa yardım təyin edilən zaman vətəndaşlardan, əmək haqqları, pensiya təyinatı, əllilik statusu, işsizlik statusu, nəqliyyat vasitəsinin olub-olmaması, ödənişli əsaslar ilə təhsil alma, fərdi ev və s kimi məlumatlar soruşulmayacaq'.'
Müraciət zamanı vətəndaşlardan istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək.
Beləliklə, müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılması aztəminatlı ailələrin proqramdan faydalanmaq üçün daha rahat və sadə şəkildə müraciət edə bilmələrinə, onların proqrama əlçatanlığının artmasına imkan yaradacaq. Qeyd edək ki, son iki ayda ünvanlı sosial yardım alan ailələrin sayı 12 min artaraq 82 mini ötüb.