Tibb

18 Fevral

Niderlandda araşdırma: HİV diaqnozu əmək bazarında mövqeyə mənfi təsir göstərir

Finss.az - Niderland alimlərinin apardığı genişmiqyaslı tədqiqat HİV-lə yaşayan insanların əmək bazarında daha həssas vəziyyətdə olduğunu ortaya qoyub.

Araşdırma 2010–2022-ci illəri əhatə edib və minlərlə insanın məşğulluq göstəriciləri təhlil olunub.

Nəticələrə görə, HİV diaqnozu qoyulduqdan sonra işlə təmin olunma ehtimalı 4% azalır, gəlirlər isə orta hesabla 9% aşağı düşür. Eyni zamanda, əmək qabiliyyətinin itirilməsi və xəstəlik müavinəti alma ehtimalı 46% artır.

Tədqiqat göstərir ki, diaqnozun gec mərhələdə qoyulması əmək bazarına daha ciddi təsir edir. Bu halda iş tapmaq ehtimalı təxminən 6% azalır.

Mütəxəssislər hesab edirlər ki, nəticələr erkən diaqnostika və sosial dəstək mexanizmlərinin gücləndirilməsinin vacibliyini bir daha təsdiqləyir.