Tibb

23 Yanvar

Yan yuxu mövqeyi sağlam yuxu üçün ən yaxşı seçimdir – Ekspert tövsiyəsi

Finss.az - Amerikalı psixiatr Şelbi Harris bildirir ki, yanlış yuxu mövqeləri boyun və baş ağrısı, xoruldama, reflüks və sinir problemlərinə səbəb ola bilər.

Qolları və ayaqları əymək, əlləri yastığın altına qoymaq sinirlərə təzyiq göstərir və keyləşməyə gətirib çıxarır.

Kürəyi üstə yatmaq xoruldama riskini artırır, qarın üstə yatmaq isə baş və boyun ağrısına səbəb ola bilər.

Harris tövsiyə edir ki, sağlam yuxu üçün yan üstə yatmaq, dizləri bir az əymək və ayaqlar arasına yastıq qoymaq ideal mövqedir.

Əgər qarın üstə yatmaqdan imtina edə bilmirsinizsə, daha nazik yastıq istifadə etmək məsləhət görülür.