Finss.az - Nebraska Universitetinin alimləri stressin bədənə təsirini araşdırıb. Onların qənaətinə görə, qısa müddətli stress faydalı ola bilər, çünki bədən döyüş vəziyyətinə hazırlıq üçün kortizol, adrenalin və norepinefrin hormonlarını istehsal edir. Kortizol şəkərin qan dövranına daxil olmasına kömək edir və bədənin enerji ehtiyatlarını qoruyur.
Lakin uzunmüddətli stress sağlamlığa zərərlidir. Həddindən artıq kortizol immun sistemini zəiflədir, yaraların sağalmasını gecikdirir, sümükləri kövrəldir və iştahanı artıraraq çəki artımına səbəb olur.
Alimlər stresslə mübarizə üçün sağlam qidalanma, müntəzəm idman və kifayət qədər yuxu tövsiyə edirlər.
