Tibb

09 Yanvar

Qış mövsümündə orqanizmi qoruyan vitaminli qidalar açıqlanıb

Qış aylarında soyuq hava şəraitinin maddələr mübadiləsini yavaşlatdığı və orqanizmin enerji ehtiyaclarını dəyişdirdiyi bildirilir.

Finss.az xəbər verir ki, dietoloq Dürdane Keskiner bu dövrdə düzgün və balanslı qidalanmanın immun sisteminin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Dietoloqun sözlərinə görə, qış mövsümündə tam taxıllı karbohidratlara, kifayət qədər zülalasağlam yağlara üstünlük verilməlidir. Yumurta, balıq, toyuq əti, süd məhsulları və paxlalı bitkilərin maddələr mübadiləsini dəstəklədiyi, zeytun yağı və qoz-fındığın isə ürək-damar sağlamlığı üçün faydalı olduğu vurğulanıb.

Məlumata əsasən, immuniteti gücləndirən əsas qış qidaları sırasında balıq, nar, balqabaq, quşburnu, heyva, kefir, yerkökü və kivinin yer aldığı bildirilib. Qeyd edilib ki, bu məhsullar vitaminlər və antioksidantlarla zəngindir və orqanizmin müdafiə mexanizmini gücləndirir.

Bununla yanaşı, mövsümi meyvə və tərəvəzlərin — portağal, mandarin, kivi, alma, ispanaq, brokoli, kələm və yerkökünün müntəzəm istehlakının orqanizmi gücləndirdiyi və xəstəliklərə qarşı qoruyucu təsir göstərdiyi diqqətə çatdırılıb.