Tibb

06 Yanvar

Piylənmə, diabet və xərçəng riski: Kolbasa həddindən artıq istifadə edilməməlidir

Finss.az - Qastroenteroloq Yevgeniya Melnikova kolbasa və digər emal olunmuş ət məhsullarının həddindən artıq istifadəsinin sağlamlığa ciddi təsir göstərə biləcəyini açıqlayıb.

Həkimin sözlərinə görə, belə məhsullar çoxlu dad gücləndiriciləri, duz, doymuş yağlar və nitratlar ehtiva edir və yüksək kalorili olur (100 qramda 200–600 kcal).

Y.Melnikova qeyd edib ki, kolbasa sevənlər piylənmə, 2-ci tip diabet, hipertoniya və ateroskleroz kimi sağlamlıq riskləri ilə üzləşirlər. Bundan əlavə, belə məhsullar osteoporoz, kalsium və fosfor metabolizma pozulması, kolorektal xərçəng kimi problemlərin yaranmasına da səbəb ola bilər.

Həkim tövsiyə edir ki, emal olunmuş ət məhsullarının qəbulu məhdudlaşdırılsın və sağlam qidalanma prinsiplərinə üstünlük verilsin.