Tibb

18 Dekabr

Xankəndi və ətraf rayonlarda səyyar oftalmoloji tibbi aksiya keçirilir

Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya MərkəziAzərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Xankəndi şəhərində səyyar oftalmoloji tibbi aksiya keçirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Finss.az-a verilən məlumata görə, Tədbir Ağdərə və Xocalı rayonlarını da əhatə edərək dekabrın 19-dək davam edəcək.

Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, aksiya Avtomobil Səyyar Klinikası vasitəsilə həyata keçirilir. Əhali ödənişsiz göz müayinəsindən keçərək görmə pozuntularını erkən mərhələdə aşkarlaya, həmçinin zəruri tibbi məsləhətlər ala bilir.

Aksiyanın əsas məqsədi bölgə sakinlərinin görmə sağlamlığının qorunması, oftalmoloji xəstəliklərin vaxtında diaqnostikası və profilaktikasının gücləndirilməsidir. Müayinələr müasir tibbi avadanlıqlar və ixtisaslı həkim heyəti tərəfindən aparılır.

Qeyd edək ki, azad edilmiş ərazilərdə tibbi xidmətlərin təşkili dövlətin səhiyyə siyasətinin mühüm istiqamətlərindən biridir və bu cür aksiyalar əhalinin ixtisaslaşmış tibbi yardıma əlçatanlığını artırmağa xidmət edir.