Tibb

15 Dekabr

Uşaqlar və yaşlılar üçün ciddi risk: Yaşıl kartofdan uzaq durun

Finss.az - Türkiyəli professor, doktor Oytun Erbaş qida zəhərlənmələri ilə bağlı verdiyi açıqlamada yaşıl kartofun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirib.

Professor qeyd edib ki, kartof yaşıllaşdıqda onun tərkibində “solanin” adlı zəhərli maddə yüksək miqdarda toplanır. Onun sözlərinə görə, bu toksin orqanizmdə ürəkbulanma, qusma və ishal kimi əlamətlərə səbəb olmaqla yanaşı, həddindən artıq istehlak edildikdə ölümcül nəticələrə də gətirib çıxara bilər.

O.Erbaş vurğulayıb ki, yaşıl kartof xüsusilə kiçik uşaqlar və yaşlı insanlar üçün daha böyük risk daşıyır:

“Kartof yaşıllaşmağa başlayanda solanin adlı toksin toplayır. Bu toksin zəhərdir və ölümcüldür. Onu kiçik uşaqlara və ya yaşlılara verdikdə risk ikiqat artır”.

Mütəxəssis əlavə edib ki, rəngi dəyişməyə başlayan, xüsusilə qabığı yaşıl olan kartoflar qətiyyən istehlak edilməməlidir və bu cür məhsullar birbaşa atılmalıdır.