Kardioloq sabit və qeyri-sabit xolesterol lövhələri arasındakı fərqləri izah edib.
Finss.az xəbər verir ki, kardioloq Polina Şeluha aterosklerozlu xəstələr üçün xolesterol və onun növləri ilə bağlı məsləhətlər verib.
O bildirib ki, xolesterol bədəndə hüceyrə divarlarının qurulması, hormon sintezi, D vitamini metabolizmi və öd turşularının əmələ gəlməsi üçün vacibdir. Ümumi xolesterol LDL və triqliseridlər (“pis” xolesterol) və HDL (“yaxşı” xolesterol) olmaqla fərqlənir.
“Bütün xolesterol tıxacları eyni deyil. Sabit lövhələr sıx lifli qapağa malikdir və kəskin ürək-damar hadisələrinə səbəb olma ehtimalı azdır. Qeyri-sabit lövhələr boş lifli qapağa malikdir və yırtılanda tromboz, infarkt və ya insult riskini artırır”, – deyə Şeluha qeyd edib.
O, “pis” xolesterolu azaltmaq üçün doymuş və trans yağlardan uzaq durmağı, lifli qidalar, qoz-fındıq, balıq və sağlam yağlar istehlak etməyi tövsiyə edib. Bundan əlavə, mütəmadi orta fiziki fəaliyyət damar sağlamlığını dəstəkləyir, gəzinti, üzgüçülük və velosiped sürmə faydalıdır.
Şeluha əlavə edib ki, genetik olaraq yüksəlmiş LDL yalnız statin terapiyası ilə nəzarət altına alına və lövhəni sabitləşdirə bilər.
