Tibb

26 Noyabr

Aşağı gəlirli insanlarda ürək və beyin xəstəlikləri riski artır

Alimlər aşağı sosial-iqtisadi statuslu insanlarda insultların daha çox rast gəldiyini müəyyən ediblər.

Finss.az xəbər verir ki, Tasmaniya Universitetinin alimləri aşağı sosial statuslu insanların varlı qruplarla müqayisədə insult keçirmə ehtimalının 33% daha yüksək olduğunu aşkar ediblər.

Tədqiqat 2007–2020-ci illər arasında Tasmaniya sakinlərinin tibbi məlumatlarının təhlili əsasında aparılıb. Müəlliflər bildirir ki, aşağı gəlirli insanlarda hipertoniya, ürək xəstəliyi, diabet və metabolik pozğunluqlar daha çox olur, hətta həzm və immun sistemi xəstəlikləri, bəzən xərçəng diaqnozu da gənc yaşda daha yüksək ehtimalla rast gəlinir.