Xroniki yorğunluq yalnız yuxu müddətindən asılı deyil, insanın anatomiyası və nəfəs alması ilə bağlıdır.
Finss.az xəbər verir ki, bunu biofizik Polina Belozerova bildirib.
Onun sözlərinə görə, insan səkkiz saat yatsa belə, dərin yuxu yaşamaya bilər:
"Dərin yuxunun olmaması bədənin düzgün yerləşdirilməməsi, narahat yataq, eləcə də nəfəs almağa mane olan çənə və ya dilin forması ilə bağlı ola bilər."
P.Belozerova izah edir ki, əgər dil yuxarı çənəmizə sığmırsa, boğaza doğru çökür və hava yollarını bağlayır. Bu halda bədən daim mikro-oyanışlara məruz qalır, nəticədə yuxu fasiləli və səthi olur və beyin lazımi istirahəti almır.
