Sitrus meyvələrinin çox qəbulu melanoma riskini artırır.
Finss.az xəbər verir ki, Braun Universitetinin mütəxəssisləri ABŞ-da 100 mindən çox insanın qida vərdişlərini araşdırıblar. Onlardan 1840 nəfərə melanoma diaqnozu qoyulub və məlum olub ki, bu şəxslər sitrus meyvələrini normadan artıq miqdarda istehlak ediblər.
Alimlərin açıqlamasına görə, gündəlik 1,6 porsiyadan çox sitrus meyvəsi qəbul edən şəxslərdə dəri xərçənginə tutulma riski, həftədə iki dəfədən az yeyənlərlə müqayisədə 36% daha yüksəkdir.
Bir porsiya yarım qreypfrut, bir portağal və ya bir stəkan portağal şirəsinə bərabər sayılır.
Mütəxəssislər bildirirlər ki, sitrus meyvələri fotoaktiv xüsusiyyətə malik furanokumarin maddələri ilə zəngindir. Bu birləşmələr bədəndə dərini ultrabənövşəyi şüalara qarşı daha həssas edir. UV şüalanması isə dəri xərçənginin əsas səbəblərindən biridir.