Tibb

24 İyul

Bədən qoxusu ilə diaqnoz qoymaq mümkündür

Finss.az - İnsanın bədənindən gələn qoxu bəzi xəstəliklərin əlaməti kimi dəyərləndirilə bilər. Həkimlər qədim zamanlardan bəri xəstələrin qoxularına əsaslanaraq diaqnoz qoymağa çalışıblar.

Dermatoloq İrina Skoroqudaeva bəzi xəstəliklərin bədənin spesifik qoxusu ilə özünü büruzə verdiyini bildirib. Onun sözlərinə görə, məsələn, onkoloji xəstələrdə tər qoxusu tez-tez “bayat ət”i xatırladır.

Böyrək və qaraciyər problemləri zamanı bədəndə ammonyak qoxusu hiss oluna bilər. Diabet xəstələrində isə çürük alma və ya aseton kimi qoxular müşahidə edilə bilər. Bu, keton cisimlərinin artması ilə izah olunur.

Skoroqudaevanın fikrincə, onkoloji xəstəliklər yalnız qoxu ilə deyil, həm də digər əlamətlərlə – uzunmüddətli qızdırma, dəridə dəyişikliklər, davamlı öskürək, səsdə xırıltı, udma çətinliyi və həzm pozğunluğu ilə də özünü göstərə bilər.

Mütəxəssis ailə üzvlərinin bədən qoxusunda baş verən dəyişikliklərə diqqətlə yanaşmağı tövsiyə edir.