Tibb

17 İyul

Gediş sürətində artım yaşlıların sağlamlığını gücləndirir

Finss.az - ABŞ-ın Çikaqo Tibb Universitetində aparılan yeni elmi araşdırmanın nəticələri yaşlıların sağlamlığı ilə bağlı iqtisadi və sosial baxımdan əhəmiyyətli nəticələr ortaya qoyub.

Belə ki, sadəcə gediş sürətinin cüzi şəkildə — dəqiqədə 14 addım artırılması — yaşlı insanlarda fiziki vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Bu isə potensial olaraq səhiyyə xərclərinin azalmasına və sosial müdafiə sisteminə düşən yükün yüngülləşməsinə imkan yarada bilər.

Tədqiqatda bildirilir ki, yaşlılıqla bağlı yaranan zəiflik — yəni yaşlılıq asteniyası — insanları hospitalizasiya və baxım müəssisələrinə ehtiyac duyacaq hala gətirir. Bu isə dövlət büdcəsi və ailələr üçün əlavə xərc deməkdir. Lakin sadə bir fiziki aktivlik artımı bu riskləri azaltmaqla yanaşı, iqtisadi cəhətdən də qənaət təmin edə bilər.

Tibb mütəxəssisi və tədqiqat müəlliflərindən biri olan anestezioloq Deniel Rubin bildirib ki, sadə, lakin sistemli fiziki aktivlik vasitəsilə yaşlıların əməliyyatlardan sonrakı reabilitasiyası daha sürətli və az xərc tələb edən şəkildə həyata keçirilə bilər.

Tədqiqat nəticələri göstərir ki, bu kimi erkən müdaxilələr dövlətlərin səhiyyə və sosial təminat xərclərini azaltmaq baxımından mühüm rol oynaya bilər.