Tibb

04 İyul

ABŞ alimləri dərinin çapıqsız sağalmasına yol aça biləcək kəşf etdilər

Finss.az - ABŞ alimlərin apardığı doklinik tədqiqatlar ağız boşluğundakı yaraların niyə daha tez və izsiz sağaldığını aydınlaşdırmağa kömək edib.

Araşdırmaya əsasən, bu prosesdə mühüm rol oynayan GAS6 və AXL adlı zülal və fermentlər müəyyən edilib. Məlum olub ki, bu bioloji siqnal zənciri başqa bir — çapıq əmələ gətirən FAK yolunu bloklayaraq hüceyrələrin daha düzgün regenerasiyasını təmin edir.

Tədqiqatlar siçanlar üzərində aparılıb. AXL fermenti inhibə edildikdə, ağız selikli qişasında sağalma prosesi yavaşlayıb. Əksinə, bu fermentin aktivləşdirilməsi dəri yaralarının ağız boşluğundakı kimi sürətli və çapıqsız sağalmasına şərait yaradıb.

Alimlər bu mexanizmin dəridə də tətbiqi imkanlarını araşdırmağa davam edir və gələcəkdə çapıqsız sağalma üsullarının hazırlanması üçün klinik sınaqlar tələb olunur.