Tibb

21 Fevral

Çində yeni koronavirus ştammı aşkarlanıb

Finss.az - Çində virusoloqlar yarasalarda SARS-CoV-2-yə ötürülmə yolu baxımından bənzəyən yeni bir koronavirus aşkar ediblər. Məlumata görə, bu virus ilk dəfə Honq-Konqda yapon yarasasında aşkarlanan HKU5 xəttinin yeni bir ştammıdır.

Araşdırma məşhur çinli virusoloq Şi Çjenlinin rəhbərliyi altında Quanqjou laboratoriyasında aparılıb. Alimlər yeni HKU5-CoV variantının yarasaların ACE2 zülalından əlavə, insanların ACE2 zülalını və müxtəlif məməlilərdə aşkar edilən genləri də istifadə edə bildiyini bildiriblər.

Mütəxəssislər virusun insan hüceyrələrini yoluxdurma qabiliyyətinə malik olduğunu qeyd ediblər. Yoluxma yolları isə iki şəkildə baş verə bilər: birbaşa və ya aralıq daşıyıcılar vasitəsilə.

Hazırda alimlər yeni ştammın potensial təhlükəsi və yayılma ehtimalı ilə bağlı əlavə araşdırmalar aparırlar.