Tibb

03 Fevral

Alimlər götürülən badamcıqların illər sonra bərpa oluna biləcəyini kəşf edib

Finss.az - Lankaster Universitetinin britaniyalı alimləri badamcıqların cərrahi yolla çıxarıldıqdan sonra bərpa oluna biləcəyini müəyyən ediblər.

Bu barədə araşdırma “The Conversation” portalında dərc olunub.

Alimlərə görə, badamcıqlar bədənin infeksiyalardan qorunmasında mühüm rol oynayır və xroniki iltihablarda onların çıxarılması tələb olunur. Lakin, badamcıqların yalnız bir hissəsinin çıxarıldığı qismən tonzillektomiya onların yenidən böyüməsinə səbəb ola bilər.

Araşdırma zamanı alimlər, uşaqlıq illərində çıxarılan və 40 ildən sonra tamamilə bərpa olunan Keti Qolden adlı ABŞ vətəndaşının xəstəlik tarixçəsini öyrəniblər. Tədqiqatçılar badamcıqların bərpa olmasının yalnız orqanların qalıq toxumasının yeni iltihaba məruz qalması ilə əlaqəli olduğunu düşünürlər.

Bu bərpa hadisəsi orqan bərpasının nadir nümunələrindəndir. Alimlər, qaraciyərin yalnız 10%-lik toxuması qalsa belə, tam bərpa olma qabiliyyətinə malik olduğunu, həmçinin dalağın da zədələndikdən sonra bərpa olunduğunu qeyd ediblər.

Zemfira Ms
Finss.az