Tibb

03 Fevral

Dəri xərçənginə qarşı gümüş plastr kəşf olunub

Finss.az - Bolqarıstan Tibbi Universitetinin alimləri melanoma müalicəsində yeni və təsirli yanaşma təklif ediblər. Bu metod gümüş nanohissəciklər (AgNPs) və antimikrobiyal agent xlorheksidinin birgə istifadəsinə əsaslanır.

Melanoma dəri xərçənginin ən aqressiv və ölümcül növlərindən biri hesab olunur. Gümüş nanohissəciklərinin xərçənglə mübarizədə təsirini artırmaq məqsədilə alimlər yaşıl çay yarpaqlarından (Camellia sinensis) təbii reduksiya agenti kimi istifadə edərək daha effektiv AgNP-lər sintez ediblər.

Əlavə olaraq hissəciklər geniş spektrli antimikrobiyal agent xlorheksidinlə birləşdirilib. Bu kompleksin (AgNP-Cx+) melanoma əleyhinə təsiri 18 dəfə artır və adi gümüş nanohissəciklərdən üç dəfə daha effektiv olub.

Tədqiqatın əsas nailiyyətlərindən biri isə bu kompleksin birbaşa təsirlənmiş dəri sahəsinə çatdırılmasını təmin edən yapışan plastr prototipinin hazırlanmasıdır. Yeni yanaşma melanoma müalicəsində perspektivli addım hesab edilir.

Zemfira Ms
Finss.az