Tibb

31 Yanvar

Tibb dünyasında yenilik: Xəstə donuz böyrəyi ilə yaşayır

Finss.az - 2024-cü ildə donuz böyrəyi transplantasiyası alan üçüncü şəxs sayılan amerikalı Owana Looney əməliyyatdan iki ay sonra sağalmaq yolundadır. Alabama ştatında yaşayan Looney, heyvandan böyrək nəqli edilən ən uzunömürlü xəstə olaraq tarixə düşüb.

Looney, 2017-ci ildən böyrək gözləyirdi. Lakin onnun tibbi vəziyyəti səbəbindən insan donorundan orqan tapmaq mümkün olmayıb. Bununla bağlı ona həkimlər tərəfindən geni dəyişdirilmiş donuz böyrəyinin transplantasiyası təklif edilib.

NYU Langone Health-də 2024-cü ilin noyabrında keçirilən əməliyyat uğurla həyata keçirilib.

Qeyd edək ki, bu əməliyyat ksenotransplantasiya sahəsində bir yenilikdir.

Donuz böyrəyində edilən 10 gen redaktəsi nəticəsində Looney'nin böyrəyi normal işləməyə başlayıb. Əməliyyatdan əvvəl Looney, preeklampsiya və xroniki böyrək xəstəliyi səbəbindən böyrəyini 1999-cu ildə anasına bağışlayıbmış, bu da uyğun donor tapmağı çətinləşdirmişdi.

Looney hələ də müalicə altındadır, lakin cərrahlar onun sağalması və böyrəyin uzun müddət işləməsi ilə bağlı optimistdirlər.

Zemfira Ms
Finss.az