Tibb

31 Yanvar

İnsult xəstələrinə kritik müdaxiləni sürətləndirən süni intellekt kəşf olunub

Finss.az - Türkiyəli sahibkar Dos. Dr. Dəniz Alış və üç mühəndis dostu tərəfindən insult və beyin qanaması ehtimalını təsbit etmək üçün hazırladığı süni intellekt alqoritmi 4 ölkədə özünü sübut etdikdən sonra üzünü qlobal səhnəyə çevirib.

Aliş və komandası, anonimləşdirilmiş məlumatlarla sistemi təkmilləşdirərək, çəkilən görüntüləri dərhal həkimlərə göndərən bir sistem qurublar. Bu xüsusiyyət, insult xəstələri üçün kritik ilk saatlarda müdaxiləni sürətləndirir.

İlk tətbiqlər 2021-ci ildə Cerrahpaşa Tibb Fakültəsində başlayıb, 2022-ci ildə isə 60 xəstəxanada istifadəyə verilib. 

Zemfira Ms
Finss.az