Finss.az - Bu gün plastik cərrahların sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmələri üçün son gündür.
Yanvarın 31-dək praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətini təsdiq edən sənədləri notariat qaydasında təsdiq edilmiş formada nazirliyə təqdim etməli idilər.
Sənədlər tələb olunan qaydada təqdim edilməzsə, cərrahların praktik tibb fəaliyyəti ilə bağlı şəhadətnamə və sertifikatları ləğv oluna bilər.
Qeyd edək ki, vətəndaşların şikayətləri əsasında plastik cərrahların fəaliyyətinin qanuni əsaslarını araşdırmaq məqsədilə Səhiyyə Nazirliyinin əmri ilə Xüsusi Təftiş Komissiyası yaradılıb. Komissiyaya Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin nümayəndələri də daxildir.
Zemfira Ms
Finss.az