Tibb

30 Yanvar

Regionlarda əhalinin tibbi xidmətlərə əlçatanlığı artırılır

Finss.az - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) ilkin tibbi sanitariya yardımı xidmətinin hazırlanması ilə bağlı birgə İşçi Qrup yaradıb.

İTSDA sədri Zaur Əliyev Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə bildirib ki, məqsəd bu sahədəki işlərin təkmilləşdirilməsidir.

Əliyev vurğulayıb ki, ilkin tibbi səhiyyə xidmətlərinin gücləndirilməsi, xüsusən də regiondan asılı olmayaraq hər kəsin tibbi xidmətlərə bərabər şəkildə əlçatanlığının təmin edilməsi əsas prioritetdir. Həkimlərin düzgün əlaqələndirilməsi ilə əlaqəli məsələlərin həlli, bu sahədəki əhəmiyyətli addımlardan biridir.

Zemfira Ms
Finss.az