Finss.az - Son dövrlərdə çox sayda gənc nəfəs darlığı, qapalı yerlərdə və ya fiziki fəaliyyət zamanı sinədə ağırlıq və darlıqdan şikayətlənir.
Rusiyalı pulmonoloq Sergey Babak, təngnəfəslik simptomlarının müxtəlif səbəblərdən qaynaqlana biləcəyini açıqlayıb.
Həkim, nəfəs darlığı şikayətləri ilə müraciət edənlərin ilk növbədə ürək və ağciyər sağlamlıqlarını yoxlatmalarını tövsiyə edir. Ürək çatışmazlığı, qan dövranının zəif olmasına və oksigenin orqanizmə çatdırılmasında çətinliklərə səbəb olaraq təngnəfəslik yarada bilər.
Ağciyərlərdəki funksional pozulmalar, xüsusilə KOAH (xroniki obstruktiv ağciyər xəstəliyi), nəfəs almanın çətinləşməsinə səbəb olur. Nəticədə, daha az oksigen alınması təngnəfəslik hissini gücləndirir.
Bundan əlavə, təngnəfəslik stress və narahatlıqdan da yarana bilər. Böyük gərginlik və qorxu halları insanın daha tez-tez nəfəs almasına səbəb olur, bu da "stressli nəfəs" adlanan vəziyyəti yaradır.
Pulmonoloq Aleksandr Puryasev də, təngnəfəslik simptomlarının hipertoniya və qalxanabənzər vəz disfunksiyası kimi ciddi problemlərlə əlaqəli ola biləcəyini vurğulayır.
Zemfira Ms
Finss.az