Finss.az - Mühəndis Lukaş Buqay və onun Pennsilvaniya Universitetindəki komandası bədən daxilində hüceyrələri uzaqdan idarə etmə texnologiyası hazırlayıb.
Yeni "Melt" adlı zülal temperaturla idarə olunur və hüceyrələrin fəaliyyətini dəqiqliklə tənzimləməyə imkan verir.
Əvvəllər işıqla hüceyrə davranışının idarə olunduğu optogenetika üsulu tətbiq edilsə də, işığın toxumalara dərin nüfuz etməməsi bu yanaşmanı məhdudlaşdırırdı. Komanda Bu problemi həll etmək üçün istiliyin daha təsirli stimullaşdırıcı olduğunu müəyyən edib.
Araşdırma zamanı göbələkdən əldə edilən BcLOV4 adlı zülalın həm işığa, həm də istiliyə reaksiya verdiyi aşkarlanıb. Bunun əsasında mütəxəssislər yeni "Melt" zülalını inkişaf etdirərək yalnız temperaturla idarə olunan bir mexanizm hazırlayıblar.
Aparılan təcrübələrin nəticəsi göstərdi ki, "Melt" vasitəsilə xərçəng hüceyrələrinin məhv edilməsi kimi proseslər dəqiqliklə idarə oluna bilər. Məsələn, sadə soyutma cihazı ilə xərçəng hüceyrələrini hədəf almaq mümkün oldu ki, bu da ənənəvi kimyaterapiyanın toksik təsirlərindən qoruyur.
Alimlər gələcəkdə bu texnologiyanın xərçəng müalicələrində daha dəqiq və toksiksiz yanaşmalara şərait yaradacağını bildirir. Həmçinin "Melt" texnologiyasının iltihab və qızdırma kimi fizioloji amillərə reaksiya verən hüceyrə terapiyalarının inkişafına imkan yaradacağı gözlənilir.
Zemfira Ms
Finss.az