Finss.az - Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb.
TƏBİB-in məlumatına görə, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, yanvarın 18-də 22 yaşlı Azərbaycan vətəndaşında bu virus aşkarlanıb. O, 2-11 yanvar tarixlərində xarici ölkəyə səfər edib və qayıtdıqdan sonra halsızlıq, hərarət, səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə klinikaya müraciət edib.
Laboratoriya müayinəsi nəticəsində gəncin meymunçiçəyi virusuna yoluxduğu təsdiqlənib.
Zemfira Ms
Finss.az