Tibb

29 Yanvar

Həkimlər şəkərli qəhvənin zərərlərini açıqlayıb

Finss.az - Qəhvə qanda qlükoza səviyyəsini artırır və şəkərlə bu artım daha da yüksəlir.

Rusiyanın Lyubertsı vilayət xəstəxanasının qastroenteroloqu Svetlana İlyaşenko bildirir ki, şəkərli qəhvə orqanizmə əlavə yük gətirir. Çox şəkər həzm sisteminə və bütün bədənə stress yaradır.

Şəkərli qəhvənin zərərləri:

  • Kalori artımı, çəki artımına səbəb olur.
  • Diş çürüməsi və diş problemləri yaradır.
  • Triqliserid səviyyəsini artırır, ürək-damar xəstəlikləri riskini yüksəldir.
  • Həzm problemləri, mədə narahatlığı və bağırsaq sindromunu pisləşdirə bilər.

Zemfira Ms
Finss.az