Tibb

29 Yanvar

Mütəxəssislər xəbərdarlıq edir: Kristal şüşə qablar sağlamlığa təhlükədir

Finss.az - MIREA - Rusiya Texniki Universitetinin Qeyri-üzvi kimya kafedrasının dosenti Andrey Doroxov, kristal şüşə qablarda fermentləşdirilmiş və turşu qidaların saxlanmasının sağlamlıq üçün təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, kristalın tərkibində qurğuşun metalı mövcuddur və bu, sümük və toxumalarda yığılaraq qan azlığı, böyrək çatışmazlığı və sinir sistemi pozğunluqları kimi problemlərə səbəb ola bilər.

Turş mühit, məsələn, sirkə və ya fermentasiya zamanı yaranan süd turşusu qurğuşunun qidalara keçməsini sürətləndirir. Xüsusilə duzlu və marinadlı tərəvəzlərin kristal qablarda saxlanması bu riski artırır.

Mütəxəssis tərəvəzlərin fermentasiyası və saxlanması üçün şüşə, keramika və ya emaye qablardan istifadə etməyi tövsiyə edib. Bu materialların qida ilə təması təhlükəsizdir və zəhərli elementlər daşımır.

Zemfira Ms
Finss.az