Finss.az - OpenAI biotexnologiya sahəsində əhəmiyyətli bir irəliləyiş əldə edib. Təşkilatın alimləri, adi hüceyrələri kök hüceyrələrə çevirmək üçün zülalları dizayn edən GPT-4b süni intellektini proqramlaşdırıblar. Tədqiqatın nəticələri MIT Technology Review jurnalında dərc edilib. Layihə, Retro Biosciences biotexnoloji startapı ilə əməkdaşlıqda həyata keçirilib və Yamanaka amillərinin effektivliyini artırmaqda uğurlu nəticələr əldə edilib.
Kök hüceyrələr, regenerativ tibb sahəsində zədələnmiş toxumaları bərpa etmək və orqanları yetişdirmək üçün istifadə edilə bilər. Bu hüceyrələr, həmçinin yaşla bağlı xəstəliklərin müalicəsində böyük potensiala malikdir. OpenAI-nin məlumatına görə, GPT-4b istifadə edilərək hüceyrələrin kök hüceyrələrə çevrilməsi prosesində əsas zülalların effektivliyi ənənəvi üsullarla müqayisədə 50 dəfə artırılıb.
Bu layihənin təşəbbüskarı olan Retro Biosciences startapının məqsədi insan ömrünü uzatmaq yollarını öyrənməkdir. Startapın ən böyük investoru isə OpenAI baş direktoru Sam Altmandır. Alimlər bu inkişafın süni intellektin elmi kəşflərdəki potensialını nümayiş etdirdiyini qeyd edirlər və bunun AGI (süni ümumi intellekt) yaradılmasına yaxınlaşma anlamına gəldiyini vurğulayırlar.
Zemfira Ms
Finss.az