Tibb

28 Yanvar

Alkoqollu içkilərin sağlamlıq üçün təhlükə dərəcəsi açıqlanıb

Finss.az - Alimlər alkoqollu içkiləri sağlamlıq üçün təhlükə dərəcəsinə görə sıralayıblar.

Pivə siyahının zirvəsində yer alıb. Lakin, onun təhlükəsi içilən miqdardan asılıdır: az miqdarda pivə sağlamlığa zərər verməsə də, iki stəkandan çox müntəzəm istifadəsi qaraciyərə zərər verə bilər. Həmçinin, pivə, digər içkilərlə müqayisədə daha tez asılılıq yaradır.

Likör siyahıda ikinci yeri tutur. Şirin dadı beyində dozaya nəzarət hissini azaldır, bu da onu çox içməyə səbəb olur və mədəaltı vəzə zərər verir. Həmçinin, likördə yüksək şəkər miqdarı sürətli kilo alımına səbəb ola bilər.

Şampan üçüncü sıradadır, çünki qaraciyər və mədə üçün çox təhlükəlidir və bəzən hətta zəhərlənməyə səbəb ola bilər.

Kokteyllər isə dördüncü yerdədir. Onlar adətən yüksək kalorili olub, uzun müddətdə dişləri və qaraciyəri zədələyərək kökəlməyə yol açır.

Zemfira Ms
Finss.az