Tibb

28 Yanvar

Rusiyalı alimlər mədə xorasının qarşısını alan yeni kəşf ediblər

Finss.az - Rusiya alimləri mədə xorası və onun yaranmasının qarşısını almaq üçün yeni bir metod kəşf ediblər.

Voronej Dövlət Universitetinin əczaçılıq fakültəsinin alimləri B5 vitamininin törəməsinin mədə-bağırsaq traktının qoruyucu funksiyasını bərpa etdiyini və xoraların əmələ gəlməsinin qarşısını aldığını müəyyən ediblər.

Alimlər, qastroprotektorların yaradılması üçün yeni komponentlərə, o cümlədən vitaminlərə xüsusi diqqət yetirirlər. Son illərdə onlar D, A, C vitaminlərinin əvvəllər məlum olmayan xüsusiyyətlərini aşkar ediblər.

Anna Buzlama, Voronej Dövlət Universitetinin Farmakologiya və Klinik Farmakologiya kafedrasının müdiri, B5 vitamininin törəməsi olan pantotenik turşusunun mədə-bağırsaq xəstəliklərinin müalicəsində perspektivli olacağını bildirib. O, bu birləşmənin xassələrinin çoxdan məlum olmasına baxmayaraq, tibbdə istifadəsinin hələlik məhdud olduğunu vurğulayıb.

Zemfira Ms
Finss.az