Tibb

28 Yanvar

BCL6 zülalı əzələ kütləsinə necə təsir edir?

Finss.az - ABŞ-ın Salk İnstitutunun alimləri kalori azlığı şəraitində BCL6 zülalının əzələ kütləsinin qorunmasında əsas rol oynadığını müəyyən ediblər.

Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Science” (PNAS) jurnalında dərc olunub.

İnstitutun professoru Ronald Evans bildirib ki, əzələlər insan bədəninin hərəkətliliyində, fəallığında və ümumi sağlamlığında mühüm rol oynayır. Əzələ kütləsinin qorunması isə həyat keyfiyyəti baxımından xüsusi əhəmiyyət daşıyır.

Alimlər qeyd edirlər ki, aclıq rejimində orqanizm "boş mədə" siqnalı vasitəsilə beynə xəbər göndərir və hormon səviyyələrində dəyişikliklər baş verir. Bu dəyişikliklər əzələ inkişafını stimullaşdıran IGF1 hormonunun ifrazını artırır.

SOCS2 zülalı IGF1 səviyyəsini tənzimləyərək balansı qoruyur. SOCS2-nin çatışmazlığı IGF1-in həddindən artıq ifrazına, bu da gigantizmə səbəb ola bilər. Əksinə, SOCS2-nin artıqlığı əzələ zəifləməsi ilə nəticələnir.
 

Zemfira Ms
Finss.az