Finss.az - Sosial şəbəkələrin monitorinqi, psixi sağlamlıq sahəsində yardım göstərmək hüququna malik şəxslərə dair tələblərin icrasına nəzarətin artırılmasını, xüsusilə də bu hüquqa malik olmayan şəxslər tərəfindən internet və sosial şəbəkələr vasitəsilə psixoloji yardım, seans və məsləhət xidmətləri göstərilməsinin qarşısını alacaq mexanizmlərin işlənib hazırlanmasını zəruri edir.
Bu fikirlər Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələrində əks olunub.
“İşçi Qrup tərəfindən aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələri nəzərə alınmaqla müvafiq dövlət orqanlarına ünvanlanacaq təkliflər paketinin hazırlanması və təqdim edilməsi planlaşdırılır”, - məlumatda qeyd edilib.
Zemfira Ms
Finss.az