Tibb

22 Yanvar

TÜRKPA-nın iclasında əhalinin sağlamlığını qorumağa yönələn qərarların qəbuluna çağırış edilib

Finss.az - İqlim böhranı, bütün dünyada olduğu kimi, Şimali Kipr Türk Respublikasını da dərindən təsir edən və gələcək illərdə də təsir edəcəyini düşündüyümüz bir problemdir.

Bunu ŞKTR Məclisinin İnzibati, ictimai və səhiyyə məsələləri komitəsinin sədr müavini Filiz Besim, TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası zamanı bildirib. O, iqlim dəyişikliyinin sağlamlığa təsirlərinə müdaxilənin həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Şimali Kipr Respublikasında əvvəllər yaşanmayan sellər, fırtınalar və digər təbii hadisələrin başladığını qeyd edən Besim, ifrat istilərin sağlamlığa təsirlərinin də artdığını bildirib.

TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er isə, qlobal iqlim dəyişikliyinin dünya üzrə sağlamlığa təsir etdiyini qeyd edib. O, əhalinin sağlamlığını qorumağa yönələn qərarların qəbul edilməsinin vacib olduğunu və iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli üçün kollektiv iş görməyin zəruri olduğunu bildirib. Yaşıl texnologiyaların inkişafı və ekoloji normalara əməl edilməsi məsələlərində əhalinin marifləndirilməsinin əhəmiyyətinə də toxunub.

Zemfira Ms
Finss.az