Tibb

22 Yanvar

Vinera Raimbaçayeva: Gənclərə sağlam həyat təqdim etmək üçün təbiətə zərər verməməliyik

Finss.az - İqlim dəyişikliyi sağlamlığa birbaşa təsir edir və bu məsələdə gənclərin sosial adaptasiyası mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri Qırğız Respublikası Joqorku Keneşinin Sosial siyasət komitəsinin sədri Vinera Raimbaçayeva yanvarın 22-də Bakıda TÜRKPA üzvü olan parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı bildirib. O vurğulayıb ki, gənclərin gələcəyinə investisiya qoymaq və onlara sağlam həyat təqdim etmək məqsədilə təbiətə daha az mənfi təsir göstərən vasitələrdən istifadə etmək, eyni zamanda cəmiyyətə zərərli təsir göstərən halların qarşısını almaq vacibdir.

Zemfira Ms
Finss.az