Tibb

21 Yanvar

Pediatr: Yüksək hərarət zamanı uşaqlara necə qulluq etməli?

Finss.az - Valideynlər yüksək hərarət zamanı uşaqlarına düzgün qulluq etmədikdə, onların vəziyyətini ağırlaşdıra bilərlər. Pediatr Regina Nemətova açıqlama verib.

Nemətova, uşağın olduğu otaqda düzgün mikroiqlimin təmin edilməli olduğunu bildirib. Hava temperaturu 20-21 dərəcədən yüksək olmamalı, rütubət isə 55-65% arasında saxlanılmalıdır. Pediatrın sözlərinə görə, həkimin təyinatı olmadan antibiotiklərin istifadəsi yanlış addımdır. "Virus infeksiyaları antibiotiklərlə müalicə olunmur və onların istifadəsi effektiv nəticə verməyəcək", – deyə Nemətova əlavə edib.

Yüksək hərarət zamanı valideynlərin digər yanlış davranışı isə uşağa ağır və yüksək kalorili yeməkləri məcbur etmələridir. Nemətova, kəskin respirator infeksiyalar zamanı orqanizmin həzm şirələrinin ifrazını azaldığını və enerjini virusla mübarizəyə yönəltdiyini qeyd edib. Uşaqlara tez-tez su verilməli, maye itkisi daim bərpa edilməlidir.

Zemfira Ms
Finss.az