Tibb

14 Yanvar

Həkimlər məsləhət görür: Uşaqlara aktiv həyat tərzi aşılanmalıdır

Finss.az - Həkim-fizioterapevt Çinarə Hacıyeva bildirib ki, fiziki aktivlik insan sağlamlığı üçün vacibdir və azalması xüsusilə uşaqların sağlamlığına mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, fiziki aktivliyin azaldılması ürək-damar, tənəffüs sistemi və dayaq-hərəkət aparatının funksiyalarını zəiflədə bilər. Bu, gələcəkdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Hacıyeva vurğulayıb ki, sağlam nəsil yetişdirmək üçün uşaqlara bağça və məktəb dövründə aktiv həyat tərzini aşılamalı, valideynlər və müəllimlər onları açıq hava oyunlarına və idmana cəlb etməli, texnoloji cihazlardan istifadəni azaltmalıdır.

Araşdırmalar da fiziki aktiv uşaqların daha yüksək nəticələr əldə etdiyini göstərib.