Tibb

17 Dekabr

Onkoloji xəstələrə müjdə: PET Xidmətlər Zərfinə əlavə olunur

Finss.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, 2024-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında, onkoloji xəstəliklərin diaqnostikasında istifadə edilən Pozitron emissiya tomoqrafiyasının (PET) icbari tibbi sığortanın xidmətlər zərfinə əlavə edilməsi ilə bağlı xərclərin hesablanmağa başlandığını açıqlayıb.

Zaur Əliyev bildirib ki, bu məsələ ilə əlaqədar olaraq Milli Onkologiya Mərkəzi ilə danışıqların aparıldığını qeyd edib: "Həmin aparatların sayının artırılması və müayinələrin əhali üçün əlçatan olması təmin edilməlidir. Gələn il yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".