Tibb

17 Dekabr

İcbari tibbi sığortanın bəzi həkimlərə daha çox faydası toxunub

Bu il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində travmatoloqların maaşı 3 600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3 300 manata yüksəlib.

Finss.az, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin açıqlamalarına istinadən xəbər verir ki, həkimlərin əməkhaqqları əvvəlki dövrlə müqayisədə əhəmiyyətli şəkildə artıb.

Artımın əsas səbəbi ötən il Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və bir sıra tibbi xidmət tariflərinin artırılmasıdır.

Z.Əliyev həmçinin bildirib ki, icbari tibbi sığorta tətbiq olunandan sonra kiçik tibb heyətinin orta əməkhaqqısı 270 manatdan 410 manata, orta tibb heyətinin əməkhaqqısı isə 320 manatdan 540 manata qədər artıb.