Son araşdırmalar, uğur qazanmaq üçün doğru psixoloji yanaşmanın nə qədər əhəmiyyətli olduğunu göstərir.
Finss.az-ın verdiyi məlumata görə Norveç Elm və Texnologiya Universitetinin elmi heyəti, insanların hər bir vəziyyətdə inkişaf etməyə hazırlaşmasının uğurun açarı olduğunu müəyyənləşdirib.
Tədqiqatda 16-85 yaş arası 723 iştirakçıdan, motivasiya və çətinliklərlə üzləşmə reaksiyaları ilə bağlı suallar soruşulub. Respondentlərə "Mən səylə öz bacarıqlarımı inkişaf etdirə bilərəm" və "Yeni çağırışları qəbul etməyi sevirəm" kimi ifadələrlə razılaşıb-razılaşmadıqları soruşulub.
Alimlər, insanın "axın" vəziyyətinə daxil olma bacarığını və nəyisə etməyə olan "həvəsini" qiymətləndiriblər. Araşdırma nəticəsində, maneələri müsbət qəbul edən insanların, müxtəlif sahələrdə — təhsil, iş, idman və şəxsi həyatda — daha asan məqsəd əldə etdikləri ortaya çıxıb.
Bu tədqiqat, uğura gedən yolda inkişaf etməyə olan psixoloji yanaşmanın əhəmiyyətini vurğulayır. Hər kəs, çətinlikləri bir inkişaf fürsəti olaraq qəbul edərək, öz potensialını daha yaxşı reallaşdıra bilər.