Tibb

25 Oktyabr

Uşaqlarda şəkərli diabetin yeni qan analizi ilə aşkar edilməsi

London Kral Kollecinin alimləri uşaqlarda şəkərli diabeti aşkarlamaq üçün yeni qan analizi üsulu hazırlayıblar.

Finss.az-ın verdiyi məlumata görə aparılan araşdırmaya əsasən, yağ molekulları (lipidlər) üzərində fokuslanan bu analiz, diabet və insulin müqaviməti riskini erkən mərhələdə müəyyən etməyə kömək edə bilər.

Tədqiqat çərçivəsində obezlikdən əziyyət çəkən 1300 uşağın qan nümunələri toplanıb və yağ molekullarının səviyyəsi analiz edilib. Bu analiz sayəsində minlərlə müxtəlif lipid növünün orqanizmdə fərqli funksiyalar yerinə yetirdiyi aşkar edilib. Bu lipidlərin bəziləri diabet və yüksək təzyiq riskini artıran xüsusiyyətlərə malikdir və çəkidə cüzi dəyişikliklə belə səviyyələri dəyişə bilir.

Yeni qan analizi üsulu həkimlərə xəstəlik riskini daha dəqiq qiymətləndirməyə imkan verərək, profilaktik tədbirlərin daha erkən mərhələdə görülməsinə şərait yaradacaq.