Aparılan araşdırmalara görə, şizofreniya, depressiya və bipolar pozğunluq kimi psixi xəstəliklər ani ürək ölüm riski ilə sıx əlaqəlidir.
Finss.az xəbər verir ki, şizofreniyadan əziyyət çəkən insanlarda bu risk dörd dəfə, depressiyası olan insanlarda isə iki dəfə daha yüksəkdir. Araşdırma göstərib ki, psixi pozğunluq yaşayan şəxslərdə ani ürək ölümü halları ümumi əhaliyə nisbətən 6,5 dəfə çoxdur.
Alimlər qeyd edirlər ki, vaxtında simptomlara diqqət yetirmək və dərhal müdaxilə etmək, ürək dayanmasından sonra sağ qalma şansını beş dəfə artıra bilər.