Tibb

01 Avqust

Markos Neto: COP-da Azərbaycan sədrliyi yaxşı nəticələr əldə edə biləcək

BMT-nin Baş katibinin köməkçisi,təşkilatın Siyasət və Proqramlara Dəstək Bürosunun direktoru Markos Neto (Marcos Athias Neto) COP-da Azərbaycan sədrliyinin yaxşı nəticələr əldə edə biləcəyini söyləyib.

Fins.az xəbər verir ki, bu barədə BMT İnkişaf Proqramının (UNDP) “X” hesabında paylaşım edilib.

M.Neto qeyd edib ki, COP29 maliyyə COP-udur və ilk olaraq yeni ölçülə bilən iqlim maliyyəsi məqsədi ilə razılaşdırılmalıdır.

Onun sözlərinə görə, yaşıl enerjiyə keçid trilyonlarla dollara başa gələcək.

“Bu səbəbdən noyabrda Bakıda razılaşdırılmalı olan, maliyyə ambisiyalarını təyin edən sistemə ehtiyacımız var. BMT İnkişaf Proqramı olaraq Azərbaycan hökumətinə dəstək olmaq istərdik və bütün beynəlxalq ictimaiyyət hədəfə nail olmaq üçün COP sədrliyinə yardım etməlidir. Bu, çox mühüm məsələdir və əminəm ki, Azərbaycan sədrliyi yaxşı nəticələr əldə edə biləcək”, - M.Neto əlavə edib.

Kaira Ağayeva

Fins.az