"Mən ürəkdən ümid edirəm ki, Misir ilə Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək və çiçəklənəcəkdir".
Fins.az xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nagy Abdel Hamid Misirin Milli Gününə həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, 2023-cü ilin əvvəlində Misir prezidenti Əbdülfəttah əs-Sisi Bakıda, Azərbaycan prezidenti İlham Əliyev isə ötən ilin iyununda Misirə səfər edib. Bu iki səfər ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ oldu və Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək.
Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına, eləcə də 2026-cı ildə Misirin bu il ev sahibliyi edəcəyi Ümumdünya Şəhər Forumuna (WUF) ev sahibliyi etməsi münasibətilə Azərbaycanı ürəkdən təbrik etdiyini bildirib.
O, həmçinin Misirin bu mühüm sahələrdə iki ölkə arasında əməkdaşlığı və təcrübə mübadiləsini davam etdirməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il martın 27-də qurulub. Misirin Bakıdakı səfirliyi 1993-cü ilin aprelindən, Azərbaycanın Qahirədəki səfirliyi isə 1994-cü ilin yanvarından fəaliyyət göstərir.
Kaira Ağayeva
Fins.az