Tibb

30 May

TikTok canlı yayımlardan pulqazanmaq üçün yeni qaydalar təqdim edir

TikTok canlı yayımların monetizasiyasını tənzimləyən yeni qaydaları, həmçinin yayımçılara təhlükəsiz və müsbət canlı yayımlar yaratmağa kömək etmək üçün təhsil resurslarını təqdim edir. 23 may 2024-cü il tarixindən etibarən TikTok platformasında istifadəçi təcrübəsini təkmilləşdirmək üçün yeni Canlı Yayımdan Pul qazanma Qaydaları, həmçinin əlavə təhsil resursları qüvvəyə minəcək. Bu qaydalara əsasən, bəzi hallarda yayımçılar TikTok LIVE yayımları zamanı, məsələn, onların məzmunu aşağı keyfiyyətli və ya orijinal deyilsə, mükafat ala bilməyəcək. Bir çox yaradıcılar artıq bu qaydalara əməl etsə də, TikTok onları pozanları monetizasiya funksiyalarına girişdə mümkün məhdudiyyətlər barədə xəbərdar etməyə başlayacaq. Bununla belə, canlı yayımlar da daxil olmaqla, TikTok-da məqbul məzmun üçün əsas standartlar İcma Təlimatları TikTok İstifadəçi Müqaviləsi ilə müəyyən edilməyə davam edəcək. TikTok həmçinin yeni yayımçıların canlı yayımlara daxil olmasına imkan vermək üçün yanaşmasını təkmilləşdirir. Platforma artıq yayımçılara sənayedə ən ciddi tələblər qoyur: yaradıcıların yayım edə bilməsi üçün ən azı 18 yaşı olmalıdır və onların hesabları əlavə meyarlara cavab verməlidir. İndi TikTok-da yeni olan yayımçılar, platformanın qaydalarını öyrənmək üçün onlara kifayət qədər vaxt vermək üçün tədricən monetizasiya xüsusiyyətlərinə çıxış əldə edəcəklər. Bu addım yaradıcıların canlı yayımların aparılması qaydalarını öyrənməyə marağını artırmağa kömək edəcək. Onlara bunu etməkdə kömək etmək üçün TikTok həmçinin yeni resurs, Canlı Yayım Təhlükəsizliyi Mərkəzini işə salır, həmçinin proqramın tətbiqdaxili LIVE təhsil mərkəzini yeniləyir, burada yaradıcılar qayda pozuntularına, eləcə də təhsil məzmununa baxa bilərlər.

“Əminik ki, bu yeniləmələr həm yayımçılar, həm də izləyicilər üçün daha müsbət və təhlükəsiz canlı yayım təcrübəsi təqdim etməyə kömək edəcək. Yayımçıların böyük əksəriyyəti artıq bizim təhlükəsizlik qaydalarına və monetizasiya qaydalarına əməl edir və biz TikTok-da canlı yayımların moderasiyası üçün resurslarımızı, alətlərimizi və proseslərimizi təkmilləşdirməyə davam edəcəyik”, - deyə TikTok şərh edib.  Bu yeniləmələr TikTok-un canlı yayım təhlükəsizliyini gücləndirmək və məzmun keyfiyyətini qorumaq üçün davamlı investisiyasının bir hissəsidir. Xüsusi komandalar və canlı monitorinq modelləri də daxil olmaqla, istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün bütün dünyada 40 000-dən çox insan, eləcə də ən innovativ texnologiyalar işə cəlb olunub. TikTok xüsusi olaraq yayımçılar üçün 10-dan çox təhlükəsizlik aləti, həmçinin izləyicilərə baxış təcrübələrini fərdiləşdirməyə kömək edən funksiyalar təklif edir.   

TikTok haqqında

TikTok - qısa videoların hazırlanması üçün aparıcı tətbiqdir. Missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.