Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan Intel 2024-cü ilin birinci rübü üçün balans hesabatını dərc edib.
Fins.az xəbər verir ki, ilin ilk rübündə şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 12,7 milyard dollara çatıb. Intel ötən ilin yanvar-mart dövründə 11,7 milyard dollar gəlir əldə edib.
Intel ilin birinci rübündə 437 milyon dollar xalis zərər açıqlayıb. Intel ötən ilin eyni dövründə 2,8 milyard zərər gördüyünü bildirib.
Mikroçip istehsalçısının səhm başına itkisi bu dövrdə 9 sent olaraq hesablanıb. Şirkət ötən ilin birinci rübündə hər səhmə görə 66 sent zərər verdiyini bildirib.
Günel Məlikzadə
Fins.az