Google-un ana şirkəti Alphabet də 2024-cü ilin birinci rübü üçün balans hesabatını açıqlayıb.
Fins.az xəbər verir ki, Alphabet-in ilin ilk rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 15% artaraq 80,5 milyard dollara çatıb. Şirkət 2023-cü ilin birinci rübündə 69,8 milyard dollar gəlir əldə edib.
Şirkətin xalis mənfəəti birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 57 faiz artaraq 23,7 milyard dollara çatıb. “Alphabet” ötən ilin birinci rübündə 15,1 milyard dollar xalis mənfəət əldə edib.
Şirkətin ötən ilin yanvar-mart dövründə 1,17 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 1,89 dollara yüksəlib.
Alphabet, 10 iyun 2024-cü il tarixindən etibarən rekord sahibi olan səhmdarlarına hər bir səhm üçün 0,20 ABŞ dolları məbləğində nağd divident paylayacağını açıqladı. Bildirilib ki, şirkət direktorlar şurasının təsdiqindən sonra rüblük nağd dividendlər ödəməyi planlaşdırır.
Günel Məlikzadə
Fins.az